Məktəbin damı uçdu, dərslər dayandırıldı- - Bakıda+Foto

mektebin-dami-ucdu-dersler-dayandirildi-
Oxunma sayı: 2682


"Qafqazinfo"ya daxil olan məlumata görə, oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb. Dünən məktəb rəhbərliyi tərəfindən  müəllim və şagirdlərbununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertləraraşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti  ilə bağlı əlavə məlumat veriləcək.