Məktəbli Facebook statusundan sonra intihar etdi- - Bakıda

mektebli-facebook-statusundan-sonra-intihar-etdi-
Oxunma sayı: 4128


Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürdü. Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki,

A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”. 

Sabunçu rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.