Mənzildən 35 yaşlı kişi meyiti tapıldı

menzilden-35-yasli-kisi-meyiti-tapildi
Oxunma sayı: 2483

Bakıda mənzildən kişi meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Məmmədhüseynov Məmmədhüseyn İlham oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.