Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

merkezi-bank-ucot-derecesini-sabit-saxladi
Oxunma sayı: 665

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə MB sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.  

O bildirib ki, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

Günel Türksoy