Mərkəzi Bankın valyuta ehtiyatı azaldı – - 1.5 milyard

merkezi-bankin-valyuta-ehtiyati-azaldi-
Oxunma sayı: 4244


“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 8-ci aydır azalır: “Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37%-ni itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb. Göründüyü kimi, hətta 34%-lik kəskin devalvasiya valyuta ehtiyatını qoruya bilməyib. Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib. Həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib. Bu qədər vəsait panikanın qarşısını ala bilməyib”. 

Ekspert bildirib ki, vəziyyət gözlənildiyindən də pisdir: “Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib. Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması da ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır. Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək. Narahatçılıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər. Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər. Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli”. 

Günel