Məşhur bloqer Fuad İsgəndərov özünə yeni “E-Chery” aldı - Fotolar

meshur-bloqer-fuad-isgenderov-ozune-yeni-e-chery-aldi
Oxunma sayı: 8358

Tanınmış bloqer Fuad İsgəndərov özünə yeni “Chery eQ7” modeli seçib.

“Qafqazinfo” xəbər verir ki, tam elektrikli olan bu model 16 aprel tarixində yenilənmiş CHERY Bakı Mərkəzinin böyük açılışı ilə birlikdə təqdim olunub. Elə məhz birinci sahibi də Fuad İsgəndərov olub. 

Sözügedən model 65,5 kWh batareya həcminə sahibdir. Tam şarjla 512 km-dək məsafə qətetmə imkanına malik olan “eQ7” modelinə marağın çox böyük olduğu vurğulanır.

CHERY brendinin Azərbaycandakı rəsmi distribütorluğu olan “Efendiler Group”da, öz növbəsində, böyük açılış ilə əlaqədar 30 aprel tarixinədək “eQ7” modellərinə 5% ENDİRİM edərək, bu modeli sadəcə 51 200 AZN qiymətinə təklif edir.

Komfortlu, təhlükəsiz və ən son innovativ funksionallıqlarla zəngin olan “eQ7” modeli ilə Babək prospekti 37 ünvanında yerləşən CHERY Bakı Mərkəzində daha yaxından tanış ola bilərsiniz.