Məşhur falçıdan qalmaqallı açıqlama - “Onun atası falçı olub...”

meshur-falcidan-qalmaqalli-aciqlama
Oxunma sayı: 13904

Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının falçılıqla bağlı qadağasına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, Yeganə Zeynalova Modern.az saytına açıqlamasında Mübariz Qurbanlını dəstəkləyib:

“Quranla fala baxanlar, dualar yazanların fəaliyyəti qadağan olunmalıdır. Çünki, həqiqətən də Quranda cadu, baxıcılıq yoxdur. Olmayıb, olmayacaq da. 100 dəfə dua yazırlar, olur ki, 1 dəfə tutur. Məşhur televiziya rəhbəri var, (baxıcı adını çəksə də, biz yazmağa lüzum görmədik-red.) onun atası da falçılıqla məşğul olub. Mən görməmişəm, amma camaatın dediyini deyirəm”.

Baxıcı deyib ki, artıq bu işlərlə məşğul olmur:

“Mən Həcc ziyarətinə hazırlaşıram. Gedib-gələndən sonra tövbə edəcəm. Daha baxıcılıqdan yorulmuşam. İndi qoy Zirəddin cavab versin belə məsələlərə. Mən tövbə eləmişəm”.