Məşhur filmdə istifadə olunan avtomobil rekord məbləğə satıldı - Video

meshur-filmde-istifade-olunan-avtomobil-rekord-meblege-satildi
Oxunma sayı: 3416

“Detektiv Bullitt” filmində istifadə olunan 1968-ci il istehsallı “Ford Mustang” avtomobili hərracda 3,74 milyon ABŞ dollarına satılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.

“Detektiv Bullitt” filmində aktyor Stiv MakKuin cinayətkarları məhz həmin avtomobildə təqib edib.

Qeyd edək ki, hərraclar ABŞ-ın Florida ştatının Kissimmi şəhərində keçirilir. İndiyədək bu tip avtomobillərə verilən ən yüksək qiymət 2,2 milyon dollar olub. Ən bahalı idman avtomobili isə “Plymouth Hemi Cuda” olub ki, o da 2014-cü ildə 3,5 milyon dollara satılıb.