Mətanət İsgəndərlinin gəlini apellyasiya şikayəti verdi

metanet-isgenderlinin-gelini-apellyasiya-sikayeti-verdi
Oxunma sayı: 3131

Əməkdar artist Mətanət İsgəndərlinin eks-gəlini Aynur Həmidova (Canana) keçmiş əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, Aynur Həmidova məhkəmənin hər üç uşağının atasında qalması ilə bağlı qərarından narazıdır.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qürbət Əsgərovun sədrliyi ilə 2022-ci ilin yanvar ayının 25-də baxılacaq.

Qeyd edək ki, bu ilin oktyabr ayında Binəqədi Rayon Məhkəməsi A.Həmidovanın boşanma tələbini təmin edib. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

Həmçinin oxuyun: Mətanət İsgəndərlinin nəvələri analarından alındı

“Kərim dedi ki, uşaqlar mənə lazım deyil, hakim belə qərar verib”

Mətanət İsgəndərlinin azyaşlı nəvələri anasından necə alınıb?