Metrodakı problem sərnişinləri çətin vəziyyətdə qoydu - Fotolar-Video

metrodaki-problem-sernisinleri-cetin-veziyyetde-qoydu
Oxunma sayı: 4439

Bakı metrosunda baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib.

“Qafqazinfo” xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub.

Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə universitetlərin yerləşdiyi “28 May” və “Elmlər Akademiyası” stansiyaları ətrafında sərnişin axını artıb. İnsanlar mənzil başına getməkdə çətinlik yaşayır.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza verilən məlumata görə, Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir:

“Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur”.