Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşdü

mikayil-cabbarovun-muavinlerinin-sayi-5-e-dusdu
Oxunma sayı: 8869

İqtisadiyyat nazirinin müavinlərinin sayı azaldılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilən Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Beləliklə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.

Hazırda Mikayıl Cabbarovun birinci müavini Elnur Əliyev, digər 4 müavini isə Rövnəq Abdullayev, Sahib Ələkbərov, Səməd Bəşirli və Anar Axundovdur.

Qeyd edək ki, Sahib Məmmədov 2004–cü ildən İqtisadi İnkişaf Nazirliyində çalışıb. O, 2021-ci ilin dekabrından nazir müavini postunu tuturdu.