“Milan” yeni hücumçu transfer etdi

milan-yeni-hucumcu-transfer-etdi
Oxunma sayı: 487

İtaliyanın “Milan” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı klub rəsmi açıqlama yayıb.

Bildirilib ki, İngiltərə Premyer Liqasının “West Ham United” komandasında çıxış edən 32 yaşlı alman futbolçu Niklas Fülkruq “Milan”a transfer olunub.

Hazırda “Milan” Seria A-da 53 xalla ikinci pillədə qərarlaşıb. Eyni şəhərin digər təmsilçisi “İnter” 54 xalla liderdir.