“Milan”ın oyunçusu koronavirusa yoluxdu

milanin-oyuncusu-koronavirusa-yoluxdu
Oxunma sayı: 731

İtaliyanın “Milan” futbol klubunun müdafiəçisi Leo Duarte koronavirusa yoluxub.

“Qafqazinfo” bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

Məlumata görə, futbolçu özünü təcrid edib.

Xatırladaq ki, bir müddət əvvəl “Milan” klubunun texniki direktoru Paolo Maldini də koronavirusa yoluxmuş, daha sonra ona qalib gəlmişdi.