Millət vəkili Azərbaycan vətəndaşlarını təhqir etdi- - Foto

millet-vekili-azerbaycan-vetendaslarini-tehqir-etdi-
Oxunma sayı: 6060


Bu gün saat 15:00-da “Məhsul” stadionunda “siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili Etibar Hüseynov bu aksiyaya özünün facebook hesabında reaksiya verib.

E.Hüseynov bir sürü qoyun şəkli paylaşaraq “Məhsul stadionuna getməyi unutma...” qeydini yazıb.

Bununla deputat həmin mitinqdə iştirak edəcək Azərbaycan vətəndaşlarını qoyuna bənzədib.

Murad Əhməd