Millimiz son dünya çempionu ilə qarşılaşacaq

millimiz-son-dunya-cempionu-ile-qarsilasacaq
Oxunma sayı: 2060

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı milli komandamızın 1/8 finaldakı rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, yığmamız növbəti matçda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Son turda Fransa ilə qolsuz bərabərliyə nail olan rumınlar 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıblar.

Qeyd edək ki, mayın 27-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:30-da start götürəcək.