Millimizdə yeni baş məşqçi

Millimizdə yeni baş məşqçi
Oxunma sayı: 3057

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Qafqazinfo" xəbər verir ki, bu vəzifəyə Vаsif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 - 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək. 

Hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, “Murov”, “Azərreyl” və “Abşeron” komandalarının baş məşqçiləridir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi