Mingəçevirdə avtobus 16 yaşlı qızı vurdu

mingecevirde-avtobus-16-yasli-qizi-vurdu
Oxunma sayı: 939

Mingəçevirdə avtobus 16 yaşlı piyadanı vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, şəhər sakini 2004-cü il təvəllüdlü Abdullazadə Şəbnəm Niyaməddin qızı yolu keçmək istəyərkən onu sərnişin avtobusu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə,xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli