Minik avtomobili sürüyə çırpıldı

minik-avtomobili-suruye-cirpildi
Oxunma sayı: 1126

Goranboyda minik avtomobili sürüyə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Goran-Qızılhacılı yolunda baş verib.

Belə ki, hərəkətdə olan  "VAZ" markalı minik maşını Sulduz Əliyevə məxsus qoyun sürüsünə çırpılıb. Qəza zamanı 10 baş qoyun və keçi hadisə yerində tələf olub. Bir neçə baş xırdabuynuzlu isə yaralanıb. Zərbənin gücündən heyvanlar yolun müxtəlif hissələrinə düşüb. Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilin ön hissəsi yararsız hala düşüb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Elmar Əli