“Minsk sülhə sadiq olsa da...” - Lukaşenko

minsk-sulhe-sadiq-olsa-da
Oxunma sayı: 334

Belarus Silahlı Qüvvələri ayrı-ayrı bölmələri döyüşə hazırlamaq üçün səfərbər etməyə başlayacaq.

“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Söz verdiyim kimi, biz bölmələri seçərək onları müharibəyə hazırlamaq üçün səfərbər edəcəyik. İnşallah, bundan qaça bilərik”, - Belarus lideri deyib.

O vurğulayıb ki, Minsk sülhə sadiq olsa da, ordu döyüşə hazır olmalıdır.