Mirşahin nazirləri tənqid etdi- - "Qulaqardına vururlar..."+Video

mirsahin-nazirleri-tenqid-etdi-
Oxunma sayı: 7338

ANS-in vitse-prezidenti Mirşahin Ağayev yeni sezonda "Hesabat"ın ilk buraxılışında avqust ayında Azərbaycan-Ermənistan cəbhəsində baş verən atışmaya toxunub.

"Qafqazinfo" xəbər verir ki, Mirşahin Ağayev qeyd edib ki, 20 illik atəşkəsin keyitdiyi bir sıra kütləvi informasiya vasitələri isə ümumiyyətlə çaşdılar, kimsə ümummilli matəm elan etməyə çağırdı, kimsə müdafiə nazirini istefaya, hətta o da yaddan çıxdı ki, Azərbaycan müharibə aparan ölkədir və o öz bütövlüyünü yapışqanla yox, qanla bərpa etməlidir:

"Elə bu səbəbdəndir ki, ANS hərbi əməliyyatlar, cəbhə xəbərləri və cəbhə yanı məlumatların yayılmasındakı pintiliyin qarşısını almağa çağırdı. Hərbi xəbəri vermək olmaz, yasaq cümləsində vergülün yerini axtarmağı təklif etdi. Qəsdən və ya bilməzlikdən düşmən kəşfiyyatına işləyənləri ayıq-sayıq olmağa dəvət elədi. İndi hamılıqla Milli Məclisin sessiyasını, qanunvericilərimizin bu sahədə sahman yaradacağı günü gözləyirik. Amma bizimlə bərabər başqa gözləyənlər də var və onlar başqa qütbün fürsətcilləridir. Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaq ardına vurur, hətta rəsmi şəkildə bildirirlər ki, bundan sonra vəziyyət dəyişib, jurnalistlərə ancaq mətbuat xildmətləri və özü də yalnız lazım biləndə və rəhbərlikləri icazə verəndə cavab verəcəklər. Əziz belə nazirlərimiz, hörmətli belə komitə sədrlərimiz! Söhbət hərbi xəbərlərdən, cəbhəyanı rayonlarda baş verənlərin işıqlandırılmasından gedir. Biz razıyıq ki, tələb edirik ki, cəbhə xəbərləri, müdafiəmizin təşkili ilə bağlı məlumatlar Müdafiə Nazirliyinin konkret qurumunda təsdiqləndikdən sonra yayılsın. Amma bu heç də o demək deyil ki, nazirlik və komitələrimiz öz peysərinə qırmızı yasaq birkası yapışdırmalıdırlar. Unutmayın. Senzura ləğv edilib. Və məhdudiyyətlər yalnız ordu və hərbi təyinatlı xəbərlərin verilməsinə tətbiq edilməlidir. Başqa məhdudiyyəti biz heç kəsə arzulamırıq".