Mirzoyan Lui Bono ilə görüşdü

mirzoyan-lui-bono-ile-gorusdu
Oxunma sayı: 2583

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Lui Bononu qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması prosesindəki son hadisələr, həmçinin tərəflərin sülh müqaviləsi layihəsinə yanaşmaları müzakirə edilib. 

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı təklifinə Ermənistan tərəfi müsbət cavab verib.