Misir hava yolu ilə Qəzzaya 50 ton yardım çatdırıb

misir-hava-yolu-ile-qezzaya-50-ton-yardim-catdirib
Oxunma sayı: 718

Misir Hərbi Hava Qüvvələri Qəzza zolağına ən azı 50 ton müxtəlif humanitar yardım aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı Misirin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Misir təyyarələri Qəzzanın şimal bölgələrinə uğurla 10 ton ərzaq göndərib.

İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin fəal iştirakı ilə şimal bölgələri ilə yanaşı, anklavın mərkəzi rayonlarına da 45 tondan çox humanitar yardım göndərilib. Hava yolu ilə Qəzza zolağına çatdırılan mallar arasında ərzaq və təcili humanitar yardımlar da var.