“Moderna” meymunçiçəyinə qarşı peyvənd hazırlığına başladı

moderna-meymunciceyine-qarsi-peyvend-hazirligina-basladi
Oxunma sayı: 1344

COVID-19-a qarşı peyvənd istehsalı ilə tanınan “Moderna” meymunçiçəyi xəstəliyinə qarşı peyvəndin hazırlanmasına başladığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət öz tviter səhifəsində məlumat yayıb.

“Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə görə və meymunçiçəyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial meymunçiçəyi peyvəndini klinika öncəsi səviyyədə araşdırırıq”, - deyə məlumatda bildirilir. 

Bu dərmanın inkişafının hansı mərhələdə olduğunu şirkət hələlik açıqlamayıb. Lakin bu, ilk hədəflənmiş meymunçiçəyi peyvəndi ola bilər.