Monteneqro millisi Azərbaycanı bu stadionda qəbul edəcək

monteneqro-millisi-azerbaycani-bu-stadionda-qebul-edecek
Oxunma sayı: 952

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, komanda oktyabrın 10-da millimizi “Podgorica City Stadium”da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu millimiz turnirdəki ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.