Moskva-İrəvan reysi sərnişini əl yükündə bomba olduğunu deyib - Yenilənib

moskva-irevan-reysi-sernisini-el-yukunde-bomba-oldugunu-deyib
Oxunma sayı: 3686

Moskvadan İrəvana uçan sərnişin əl yükündə partlayıcı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “SHOT” teleqram kanalı məlumat yayıb.

Şeremetyevo hava limanında baş verən hadisəyə görə təyyarə bir saat gecikib.

***

Polis əməkdaşları Şeremetyevo hava limanında çantasında bomba olduğunu bildirən qadını saxlayıb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, qadının çantası yoxlanılıb, heç bir partlayıcı qurğu və ya partlayıcı maddə aşkar edilməyib.