Moskvada daha 44 nəfər koronavirusun qurbanı oldu

moskvada-daha-44-nefer-koronavirusun-qurbani-oldu
Oxunma sayı: 1099

Moskvada ötən sutka ərzində daha 44 pasiyent COVID-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” "TASS"a istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 231-ə çatıb.

Rusiyada ümumilikdə 511 423 nəfər virusa yoluxub, 6 715 nəfər dünyasını dəyişib, 269 370 nəfər isə xəstəliyə qalib gəlib. 235 338 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.