Mövsümün sonunda “Barselona”dan ayrılacaq

movsumun-sonunda-barselonadan-ayrilacaq
Oxunma sayı: 1668

“Barselona”nın müdafiəçisi Markos Alonso bu mövsümün sonunda klubdan ayrılacaq. 

“Qafqazinfo”  xəbər verir ki, bununla bağlı insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. 

Bildirilib ki, tərəflər 30 iyun 2024-cü ildə başa çatacaq müqaviləni yeniləməməyə razılaşıblar.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi bu mövsüm 7 oyuna çıxıb. 

Xatırladaq ki, M. Alonso 2022-ci ilin sentyabrından “Barselona”da oynayır.