MSK “Rəy”ə də müsbət cavab verdi

msk-reye-de-musbet-cavab-verdi
Oxunma sayı: 953

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında "Rəy" Monitorinq Mərkəzinin  fevralın 9-da baş tutacaq parlament seçkilərində “exit poll” keçirməklə bağlı müraciətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, təşkilat seçkini 118 dairə üzrə həyata keçirəcək. Onlar 1080 seçki məntəqəsində seçicilərin fikirlərini öyrənəcəklər. 1500 əməkdaş bu layihədə iştirak edəcək.

Bundan əlavə, iclasda "İnsan Hüquqları: XXI əsr Azərbaycan" Fondunun Fransanın "Openion Way" təşkilatıyla birgə 118 dairə üzrə 236 məntəqədə "exit poll" keçirməklə bağlı müraciətinə müsbət qərar baxılıb.

Günel Türksoy