Uğursuz adamların bel bağladığı yeni il kimisən.
Sən gələndə hər şey dəyişəcəkdi…
Amma yenə eyni zibildir hər şey.
Heç olmasa,
yeni il 1 saniyə hiss etdirir özünü…
Sən şimal ayısının pinqvin dostu kimisən.
Uzaqdan-uzağa xəbər tuturam,
Bizi tutub bir qoruğa salan yox…
Bu siqaret közlərinə tellərindən birisin calayan yox…
Zəhərdən-zəhərə bəhər tuturam.
Uğurlu insanların
məğlubiyyət duyğusu kimisən sən.
Hər an gələ bilərsən…
Amma təbiətimə yad adamsan.
Nə mən səninlə xoşbəxt olacağam….
Nə sən mənə qayıtmağa
Cəsarət tapacaqsan.
Sən lidersiz gənclərin
Bol-bol danışdığı ictimai sektor kimisən…
Gözəlsən, şıltaqsan, bir yerdə dayanmırsan…
Qışqıra-qışqıra qalmısan, amma…
Özün də oyanmırsan.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.
Son xəbərlər
Son Xəbərlər