Mübariz İbrahimovun ev muzeyi açıldı

mubariz-ibrahimovun-ev-muzeyi-acildi
Oxunma sayı: 1984

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Milli Qəhrəmanın anadan olduğu Biləsuvar rayonunun Əliabad kəndində tikilən ev muzeyinin açılış mərasimində Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mübariz İbrahimovun qardaşı oğlu balaca Mübarizin 3 yaşının tamam olmasına təsadüf edən muzeyin açılışında lent qəhrəmanımızın atası Ağakərim İbrahimov tərəfindən kəsilib.

Qeyd edək ki, M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid şəxsi əşyaları və eksponatlar yer alıb.

Surxay Şahbazov