Bodruma ilk dəfə gətirilən, həm quruda, həm dənizdə sürülə bilən “Quadski” adlı avtomobil-skuteri görənlər təəccüblərini gizlədə bilməyiblər.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı biznesmen, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov tərəfindən gətirilən "Quadski" adlı bu cihaz 5 dəqiqəyə skuterə çevrilə bilmək xüsusiyyətinə malikdir.
Avtomobil-skuterin sınaq istifadəsinə şirkətin texniki heyəti və istehsalçı firma “GİBBS”-in texnikləri də qoşulublar. "Quadski" 140 at gücündədir və saatda 72 kilometr sürətlə hərəkət edir. 56 litrlik benzin anbarına malik olan bu avtomobil-skuter 590 kilo ağırlığındadır.
Təxminən 55 min dollarlıq dəyəri olan və suda 2 saat qala bilən “Quadski”nin sadəcə Mübariz Mənsimov tərəfindən istifadə ediləcəyi deyilir.
Son xəbərlər
Son Xəbərlər