Müəllimlərin maaş artımına bu qədər vəsait xərclənəcək

muellimlerin-maas-artimina-bu-qeder-vesait-xerclenecek
Oxunma sayı: 2749

“Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqları 40 faiz artırılır. Onların maaşları 480-500 manat civarına qalxacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

Onun sözlərinə görə, bu şəxslərin sayı 3,3 min nəfərdir:

“Qeyd edim ki, ümumutəhsil müəssisələrində xüsusi sxemlə maaşları müəyyən edilən müəllimlərimiz var, bir də dövlət ümumtəhsil müəssisələrində çalışan, amma vahid tarif sorğu cədvəli əsasında əməkhaqqı alan heyətimiz də var.

Bunların sayı dövlət ümumtəhsil məktəblərində təxminən 70 minə yaxındır. Minimum əməkhaqqı artdığına görə vahid sorğu cədvəlində də dəyişikliklər baş verəcək. Onların da maaşları 450 manat civarına qalxacaq.

Hər iki qrup üzrə əməkhaqqı artımına dövlət ümumtəhsil müəssisələrində 320 milyon manatdan artıq vəsait sərf ediləcək”.

Həmçinin oxuyun: 20 faiz artım bu şəxslərə də şamil olunacaq

Bu müəllimlərin orta aylıq maaşı 1250 manat olacaq

Bakıda müəllimlərin maaşı nə qədər olacaq? - Açıqlama