“Muğanbank” Qarabağ Dirçəliş Fonduna 100 000 AZN köçürdü

muganbank-qarabag-dircelis-fonduna-100-000-azn-kocurdu
Oxunma sayı: 664

2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Qələbə qazanaraq Ermənistan tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərini azad etdi.  Azad edilmiş ərazilərin işğal dövründə düşmən tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş, sakinləri məcburi köçkünə çevriliblər.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılıb.

“Muğanbank” ASC,  hər zaman fəaliyyətində korporativ sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 100 000 AZN məbləğində vəsait köçürülüb.

Qarabağ Azərbaycandır!