Mühafizə Xidmətinin keçmiş əməkdaşı intihar etdi

muhafize-xidmetinin-kecmis-emekdasi-intihar-etdi
Oxunma sayı: 2135


“Qafqazinfo” xəbər verir ki, Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna veilən məlumata görə, hadisə dekabr 16-da axşam saat 21.00 radələrində rayonun Mosul kəndində baş verib.
 
Zaqatala rayonu Mosul kənd sakini, 1977-ci il təvəllüdlü Səmədov Mirzə Rizvanulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asaraq intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-ya o da bildirilib ki, Mirzə Səmədov ailəlidir, iki övlad atası idi. O əvvələr Zaqatala rayonunda mühafizə xidmətində çalışıb.
 
Mirzə Səmədovun hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Fakla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.