Müharibədə yaralananlar bu rüsumlardan azad olundu

Müharibədə yaralananlar bu rüsumlardan azad olundu
Oxunma sayı: 6014

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, təklifə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. 

Günel Türksoy