Müller də ÇL-in tarixinə düşdü

muller-de-cl-in-tarixine-dusdu
Oxunma sayı: 2096

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko” ilə “sülh bağlayıb” – 1:1.

"Qafqazinfo" xəbər verir ki, sözügedən səfər matçında Münhen klubunun qolunu vuran Tomas Müller Çempionlar Liqasının tarixinə düşüb. 

Alman hücumçu turnirdə ən çox qol vuran 10-cu futbolçu olub. Müllerin aktivində ÇL-də 47 qol var.

Çempionlar Liqası tarixinin bombardiri 131 qolla “Yuventus”un hücumçusu Kristiano Ronaldodur.