Münsiflərin dördü də Gülşən üçün döndü - Video

munsiflerin-dordu-de-gulsen-ucun-dondu
Oxunma sayı: 4556

“O səs Türkiyə”nin dünənki buraxılışında Gülşən İbadova adlı daha bir azərbaycanlı iştirakçı münsifləri heyran qoyub.

Qafqazinfo”nun məlumatına görə, həmyerlimiz müsabiqə mahnısı olaraq İsveçin ”Eurovision 2009” təmsilçisi Malena Ermannın ”La Voix” mahnısını seçib.

Möhtəşəm ifası ilə Gülşən bütün münsifləri özünə döndərə bilib. Tamaşaçıların və münsiflərin istəyi ilə o, mahnını yenidən səsləndirib.

Gülşən İbadova Azərbaycan xalq mahnısı ”Sarı gəlin”i də səhnədə ifa edib.

Azərbaycanlı iştirakçı Gökhanla Hakanın komandasında mübarizə aparacaq.