Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq

musavat-partiyasinin-novbeti-qurultayi-bu-tarixde-olacaq
Oxunma sayı: 1615

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA -ya Müsavat Partiyasından məlumat verilib.

Bildirilib ki, partiyanın XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.