Müxalifət İrəvanda metronun hərəkətini iflic etdi - Video

muxalifet-irevanda-metronun-hereketini-iflic-etdi
Oxunma sayı: 1541

Ermənistanın müxalif “Müqavimət” hərəkatının üzvləri paytaxt İrəvanda metronun hərəkətinə mane olublar.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, etirazçılar “Molodejnoe” stansiyasında qatarın qapılarını tutaraq bağlanmasına mane olublar. Bununla yanaşı, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyan və hökumətə qarşı şüarlar səsləndiriblər. Hazırda aksiya davam edir. 

Xəbəri rus dilində oxuyun: Все потребности фермера в одном центре – на выставке Caspian Agro 2022

Eyni zamanda, müxalifət nümayəndələri Paşinyana qarşı yenidən avtoyürüş keçirir. Avtoyürüş paytaxta aparan əsas avtomobil yollarından başlayıb. Hazırda avtomobillər şəhərin mərkəzinə doğru gedirlər.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən Nikol Paşinyan və cari hökumətin istefasını tələb etmək məqsədilə etiraz aksiyası keçirir.