Müxtəlif heyvanlar haqda 14 maraqlı fakt - Fotolar

muxtelif-heyvanlar-haqda-14-maraqli-fakt
Oxunma sayı: 6971

Dünyada, demək olar, fərqliliyi və təkrarolunmazlığı ilə heyrətləndirən 9 milyon növ heyvan mövcuddur. Onların bəziləri təhlükəli, digərləri inanılmaz dərəcədə gözəl, o biriləri isə bizə çox oxşayır. Hamısını isə bir şey birləşdirir: onlar həmişə  insanları təəccübləndirməyə davam edəcək...

“Qafqazinfo” sizə biologiya dərslərində belə eşitmdəyiniz müxtəlif heyvanlar haqda 14 maraqlı faktı təqdim edir:

Fillər insanın səsi ilə onun cinsini, yaşını və etnik mənsubiyyətini müəyyən edə bilir.

Köpək balıqları doğulduqdan dərhal sonra analarına yem olmamaq üçün onlardan uzağa üzürlər.

Ərincəyə yediyi 1 yarpağın həzmi üçün bir ay tələb oluna bilər.  Yerə isə onlar həftədə bir dəfə ehtiyac yarandıqda düşür.  

Bəzi tısbağalar suyun altında nəfəs ala və qışı orada keçirə bilər.

Astagəl lori zəhərli primatların yeganə növüdür. Onların dişləməsi insanın anafilaktik şok keçirməsinə və hətta ölümünə səbəb ola bilər.

Zebrin zolaqlı rəngi təbii repellent kimi təsir edir. Tam qara, qəhvəyi, boz və ya ağ rənglər daha çox göyün cəlb edir.

Şimal maralının gözləri fərqli mövsümlərdə rəngini qızılıdan göyə dəyişir.

İnsanlarda 9 minə yaxın, itlərdə isə 1700-ə yaxın dad reseptoru var. Bununla belə, itlər ətin növlərini seçə bilmir.

Dünyada ən qalın xəz çay samurundadır. Hesablamalara əsasən, onların bədənlərinin 1 kv. düym hissəsində 1 milyonadək tük var. Onların xəzi iki qatdan ibarətdir və bu, dərinin yanında hava qatının saxlanılmasına xidmət edir. Bununla də dəri islanmır.  

Sən demə, dələlərin güclü analıq instinkti var. Qvelf Universitetində aparılan araşdırma göstərib ki, dələlər mərhum ailə üzvlərinin yetim qalan balalarını da qəbul edə bilər.

Lester Universitetinin Psixologiya Məktəibinin tədqiqatçılarının sözlərinə görə, sakit musiqi dinləyən inəklər daha çox süd verir.

Dəvələr bellərində su yox, piy saxlayır. Bu, onlara isti iqlimə adaptasiya olmaqda və aclıqla mübarizə aparmaqda kömək olur.

Əgər dəvəquşu təhlükə hiss edirsə, o, başını qumun içində gizlətmir, yerə yıxılır və sakit uzanır.

Kvokkalar bərabər əylənməyi sevir. Digər məməlilərdən fərqli olaraq, onlar adətən yemək və ya əks cins uğrundan bir-biri ilə mübarizə aparmır.