Nadir Hüseynov sükan arxasında ürəktutmadan vəfat etdi

nadir-huseynov-sukan-arxasinda-urektutmadan-vefat-etdi
Oxunma sayı: 3414

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qeyd edək ki, N. Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.