Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

nadir-huseynovun-olduyu-hadisenin-teferruati
Oxunma sayı: 4990

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı avtobus dayanacağına çırpılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Bu zaman həmçinin dayanacaqda olan qadın xəsarət alıb.

Bildirilir ki, qəzadan əvvəl Nadir Hüseynovun səhhətində ciddi problem yaranıb və o, ani olaraq nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.