NATO müdafiə nazirləri Ukrayna üçün görüşəcək

nato-mudafie-nazirleri-ukrayna-ucun-gorusecek
Oxunma sayı: 1331

NATO ölkələrinin müdafiə nazirləri fevralın 14-15-də Brüsseldə Ukrayna ilə bağlı görüş keçirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun mənzil-qərargahında keçiriləcək iclasa NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.

Ukrayna Müdafiə Əlaqə Qrupu da fevralın 14-də ayrıca iclas keçirəcək. İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ev sahibliyində baş tutacaq.