Moskvada motosikletlə 34 yaşlı aktrisa, bloqer və fotoqraf Kseniya Dobromilova vurularaq öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Daha çox “HammAli & Navai” duetinin “Devoçka-voyna” mahnısının klipində rol alması ilə tanınan aktrisanın həmin vaxt baykerlərin çəkilişini həyata keçirdiyi bildirilir.
Qəza nəticəsində sınıq xəsarətləri almış Dobromilovanın həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.
Maraqlıdır ki, bu hadisədən bir qədər sonra bir neçə kilometr aralıda Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) “Ferrari” markalı lüks avtomobili qəzaya düşüb. Hadisənin anbaan görüntüləri, eləcə də maşının qəzadan sonrakı vəziyyətini əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, N.Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi geniş şöhrət qazanıb və lüks avtomobillərə olan marağı ilə tanınır.


Son xəbərlər
Son Xəbərlər