Naxçıvanda boşananlar azalıb

naxcivanda-bosananlar-azalib
Oxunma sayı: 1733

Ötən il Naxçıvan Muxtar Respublikasında 1 545 nikah qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, boşanmaların sayı 562 təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub.

Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində qeydə alınıb.