Nazir ənənənin pozulmasına etiraz olaraq istefa verdi

nazir-enenenin-pozulmasina-etiraz-olaraq-istefa-verdi
Oxunma sayı: 1949

İsrailin səhiyyə naziri Yaakov Litzman istefa verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yahadut Ya Tora” Partiyasının rəhbəri Yaakov Litzman “Şabat” adlandırılan gün (şənbə günü) dəmir yollarında təmir işlərinin aparılmasına icazə verildiyi üçün istefa verib.

Yəhudi ənənəsinə görə, “Şabat”da bir çox sahələrdə işləmək qadağan olunub.

Yaakov Litzmanın istefa verməsinə baxmayaraq, “Yahadut Ya Tora” Partiyası hakim koalisiyada qalmaqda davam edəcək.