Nazir generalın oğlunu vəzifədən azad etdi

nazir-generalin-oglunu-vezifeden-azad-etdi
Oxunma sayı: 14607

Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Həmçinin oxuyun: Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. 

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

Murad Əhməd

Fotoda: Nüsrət Şirinov