Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

nazir-iki-reise-vezife-verdi-digerini-serencama-goturdu
Oxunma sayı: 10080

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb. 

Murad Əhməd