Nazir oğlunun federasiyası beynəxalq təşkilatın üzvü oldu

nazir-oglunun-federasiyasi-beynexalq-teskilatin-uzvu-oldu-
Oxunma sayı: 649

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, bundan başqa qolf üzrə milli komanda üçün məşqçilərin hazırlanması, gənclərə qolfun öyrədilməsi və digər xüsusi proqramlar vasitəsilə dəstəkləyəcəklər. Həmçinin təşkilat AQF-nin bütün üzvlərinə “Qolf oyununun qaydaları” kitabını paylayacaq.

“AQF-nin R&A təşkilatına partnyor üzv seçilməyi həqiqətəndə Azərbaycan qolfu üçün çox böyük uğurdur. Bildiyimiz kimi, R&A təşkilatı dünya qolfunun standartlarını, oyun qaydalarını müəyyən edən ən mühüm təşkilatdır. Bundan başqa təşkilat ona üzv federasiyalara yardım edir. Üzv olmağımızın əsas məqamlarından da biri, AQF-nin keçiriləcək beynəlxalq qolf konfranslarında iştirak etməsidir. Eyni zamanda, AQF qolf qaydalarına öz təkliflərini və düzəlişlərini irəli sürə bilər, qolfun inkişafı üçün nəzərdə tutulmuş layihələrə yardım edə bilər. Bütün bunlar isə ilk növbədə ölkəmizin qolf idman növü üçün çox böyük təcrübə və inkişaf deməkdir”, – deyə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib.

Qeyd edək ki, R&A 2004-ci ildə yaranıb və əsas məqsədi qolfun inkişafına dəstək olmaqdır. Təşkilat 143 həvəskar və peşəkar oyun təşkilatının razılığı, Avropa, Asiya-Sakit Okean, Afrika, Amerika regionunda 126 ölkədəki 30 milyondan çox qolfçunun adından Qolf qaydalarının idarəedilməsi məsuliyyətini öz üzərinə götürür. Təşkilat həmçinin müxtəlif miqyaslarda, müxtəlif yaş kateqoriyalarında həvəskar və peşəkar yarışlar keçirir.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ilin əvvəllərində yaradılıb və prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.