Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

nazir-polkovnik-leytenanta-yeni-vezife-verdi
Oxunma sayı: 12635

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, F. İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.

Murad Əhməd